Təhsil

DİM-dən qəbul imtahanlarına hazırlaşan abituriyentlərə MÜRACİƏT

DİM-dən qəbul imtahanlarına hazırlaşan abituriyentlərə

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.

Kanal14.az bildirir ki, mərkəzdən Metbuat.az-a verilən məlumata görə, COVID-19 ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq, abituriyentlərə dəstək məqsədilə Mərkəzin "Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib..

Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 111 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.