Şou

Nadir müğənnilərə müraciət etdi - “Gücünüz nəyə çatırsa...”

Nadir müğənnilərə müraciət etdi -

Tanınmış müğənni Nadir Qafarzadə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna pul köçürüb.

 

Kanal14.az bildirir ki, bu barədə paylaşım edən Nadir həmkarlarını da Fonda pul köçürməyə dəvət edib:

"Son günlərin uğuru ilə bağlı bütün Azərbaycan xalqını təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa diləyirəm. Bəzi həmkarlarım – Nuri Şenlendirici, Emin Ağalarov, Tarix Əliyev Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüblər. Mən də dostlarıma qoşulmaq istədim. Mən də ödəniş etdim, bu da çekim. Hər kəs gücü çatan qədər yardım etsə yaxşı olar. Demirəm gedin bankdan pul götürün, borca girin, yox biz onu heç kəsə qıymarıq. İmkanı olanlar fərqi yoxdur, 100, 200 manat yardım edə bilərsiniz, dama-dama göl olar”.

(Yenisabah.az)