Şou

“Kişi evlidirsə, işdən sonra evə getməlidir”

"Nadir hər zaman evdə olub. Bəzi gənc kişi ifaçılar var ki, onlar məndən o xüsusiyyəti götürür”.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Hüseynova bacıları” proqramında qonaq olarkən deyib. Sənətçi təkcə karantin dövründə yox, hər zaman evə bağlı biri olduğunu qeyd edib:

 

"Toydan, konsertdən çıxıramsa, düz evə gedirəm. Düşünürəm ki, qadın və ya kişi əgər evlidirsə, işdən sonra evə getməlidir. Evin yolunu tanımalıdır. Bütün qadınlara arzulayıram ki, əriniz düz evə gəlsin, sağ-sola dönməsin”.