Şou

İlhamədən boşanması ilə bağlı suala: "Təkəm"

İlhamədən boşanması ilə bağlı suala:
"İki-üç il harasa getmək fikrim yoxdur. Aygün İsmayılova ilə işləmək fikrim var. Yeni mahnı yazmasını istəyirəm".

Kanal14.az bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Amerikadan yeni qayıdan sənətçi burada yenidən şou-biznesə qatılmağa çalışdığını söyləyib.

 

Bir neçə gün əvvəl boşanma xəbərləri yayılan İlhamə bunla bağlı sualı isə cavabsız qoyub:

"Bu məsələyə cavab vermək istəmirəm. Elə söz deməmişəm. İnsanların düşüncəsinə görə, səhnədəsənsə, müğənnisənsə, demək, ən pis işləri sən görürsən. Heç kim bilmir içində nələr var. Kənardan qınamaq, reaksiya verməkdənsə, düşünün. Fikirləşin ki, öz başınıza da gələr.

Hazırda bu haqda danışmaq istəmirəm. Təkəm. Bəlkə, nəsə problemlər var? Başqa bir məsələ var, izah etmək istəmirəm. İki-üç ay sonra izah edərəm, vaxtı və yeri deyil".

(Axsam.az)