Siyasət / Dünya

Misir mətbuatı Ermənistanın hərbi təxribatından yazır

Misir mətbuatı Ermənistanın hərbi təxribatından yazırMisir mətbuatı Ermənistanın Azərbaycan ərazilərində davam edən hərbi təxribatı barədə materiallar dərc edib.

Bu ölkənin "Cairo24", "Alhwar" , "Aldawlanews", "Elhayaanews", "Elwatannews", "Aldiplomasy" internet portalları AZƏRTAC-a istinadla Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini və Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sitatları yayıblar.

 

Misir KİV-ləri, həmçinin Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamalarına, Azərbaycan Müdafiə Nazirliyinin məlumatları və Xarici İşlər Nazirliyinin bəyanatına da yer veriblər.

(Sonxeber.az)