Siyasət / Cəmiyyət

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə "Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Kanal14.az Axar.az-a istinadən sərəncamın mətnini təqdim edir:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis” fəxri adı verilsin:

Abbasov Şəmsəddin Mustafa oğlu

Osmanov Mikayıl İdris oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Əmək” ordeni ilə

Babayev Abdulla Balasaday oğlu

Dadaşov Nadir Dərya oğlu

Əsədov Adışirin Zeynalabdin oğlu

Qəhrəmanov Nəsib Bafadar oğlu

Nəzərov Rasim Mikayıl oğlu

"Tərəqqi” medalı ilə

Ağabalayev Əlikram Nəzir oğlu

Fətullayev Babək Baba oğlu

Heydarov Hüseynqulu Novruz oğlu

Həsənova Kübra Əbdüləhəd qızı

Kərimov Elimdar Heydər oğlu

Səmədov Nazim Məhəmməd oğlu

Səmədov Raquf Şahvələd oğlu

"Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə

Ağayev Sadıq Məlik oğlu

Babayev Vahid Əlimirzə oğlu

Hüseynov Əfqan Hüseyn oğlu

Kazımov Gülağa Qasım oğlu

Mahmudlu Cəbrayıl İdris oğlu

Rəhimov Ehtiram Bəşir oğlu

Rəhimov Vamik Malik oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Hərbi qulluqçuların statusu haqqında”, "İnzibati icraat haqqında”, "Təhsil haqqında” və "Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 91-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətinin təmin edilməsi haqqında” 2003-cü il 21 fevral tarixli 857 nömrəli, "Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 9 avqust tarixli 1009 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 89; 2008, № 6, maddə 487; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1354, 2019, № 6, maddələr 1019, 1020) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.5.12-ci yarımbəndə "şuralarının” sözündən əvvəl "(elmi-texniki)” sözləri əlavə edilsin;

1.2. 4.5.24-cü yarımbəndə "şuraların” sözündən əvvəl "(elmi-texniki)” sözləri əlavə edilsin.

2. "Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1370; 2017, № 11, maddə 2028; 2019, № 7, maddə 1231; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 may tarixli 1025 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bəndə "19.2-ci,” sözlərindən sonra "19.5-ci,” sözləri əlavə edilsin;

2.2. 2.2-1-ci bənddə "39.6-cı maddəsində” sözləri "19.2-ci, 19.5-ci və 39.6-cı maddələrində” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.