Siyasət

Qarabağla bağlı razılaşmalar Vyanada dəfn edildi - Bekaryan


Qarabağla bağlı razılaşmalar Vyanada dəfn edildi - Bekaryan

Vyanada faktiki olaraq əvvəlki Vyana və Sankt-Peterburq razılaşmaları dəfn edildi.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni politoloq Karen Bekaryan paylaşıb.

"Həmsədrlərin dəyərləndirməsinə görə, görüş pozitiv və konstruktiv atmosferdə keçib. Pozitiv tendensiyalar bundan ibarətdir. Artıq proses var və proses nöqteyi-nəzərincə humanitar məsələlər və digər istiqamətlərlə əlaqədar atmosferin formalaşmasıyla bağlı bir sıra pozitiv elementlər müşahidə edilir. Lakin Vyanada faktiki olaraq əvvəlki Vyana və Sankt-Peterburq razılaşmaları dəfn edildi.

Suallar da təbii ki, az deyil. Paşinyan yalnız Ermənistanın adından danışıqlar apara bilməyi bacarıbmı? Qarabağın danışıqlar masasına qayıdışından söhbət gedibmi? Paşinyanın danışıqlar masasında olan prinsip və elementlərin dəqiqləşdirilməsindən razı qaldığını söyləmək olarmı? İlham Əliyev də danışıqların nəticəsini Paşinyan kimi dəyərləndirirmi?” – deyə o bildirib

Qeyd edək ki, dünən Vyanada Azərbaycan və Ermənistan liderlərinin ilk rəsmi görüşü keçirilib. Təxminən 4 saata yaxın davam edən görüşdən sonra hər iki ölkə başçısı danışıqları pozitiv adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyev danışıqların formatının dəyişməyəcəyini bildirib.

Kanal14.az