kanal14.az
kanal14.az

53 yaşlı qadının onurğa kanalından törəmə xaric edilib

53 yaşlı qadının onurğa kanalından törəmə xaric edilib
9-07-2019, 16:00 36 dəfə baxılıb

53 yaşlı qadının onurğa kanalından törəmə xaric edilib
 
 
 
 
 
 
 
 
 
 
 

 

Səhiyyə Nazirliyindən Kanal14.az-a verilən məlumata görə, onurğa kanalında rast gəlinən törəmələr, adətən, xoşxassəlidirlər.

 

 

Yavaş böyüyüb, onurğa beynini ciddi sıxıb, ətraflarda gücsüzlük, keyimə və yerimənin çətinləşməsi ilə müşahidə edilə bilirlər.

 

 

Bəzən MRT müayinəsində onurğa beyninin törəmə tərəfindən dramatik sıxılması görülsə də, əksər hallarda müvafiq müalicə ilə xəstələrdə sürətli və mühüm dərəcədə yaxşılaşma baş verməkdədir.

 

 

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 53 yaşında qadın pasiyentdə son bir ildə sağ ətraflarda gücsüzlük yaranmış və sürətlə artıb, yeriməsi pozulmuşdur, sağ yuxarı ətrafa şiddətli ağrı yayılmaqda idi.

 

 

Çəkilmiş boyun MRT-də birinci və ikinci boyun fəqərəsi səviyyəsində onurğa kanalının böyük hissəsini doldurub onurğa beynini ciddi sıxan törəmə aşkar edildi.

 

Neyrocərrah Azər Əskərov tərəfindən törəmə mikroskopik yolla çıxarıldı.

 

 

 

Əməliyyatdan dərhal sonra sağ yuxarı ətrafa yayılan ağrı keçib və gücü mühüm dərəcədə artıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA