kanal14.az
kanal14.az

Azərbaycan qazının TAP kəməri ilə Avropaya sınaq nəqlinə başlanılıb

Azərbaycan qazının TAP kəməri ilə Avropaya sınaq nəqlinə başlanılıb
3-09-2020, 16:40 192 dəfə baxılıb

Azərbaycan qazının TAP kəməri ilə Avropaya sınaq nəqlinə başlanılıb

Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb.

Kanal14.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq.

Mənbələr TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qazın vurulduğunu, eyni zamanda TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyini bildiriblər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA