kanal14.az
kanal14.az

Azərbaycan və Polşa iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan və Polşa iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
16-10-2020, 14:20 53 dəfə baxılıb

Azərbaycan və Polşa iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Polşa əlaqələrinin genişləndiyi, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib. Ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə, o cümlədən ticarət sahəsində səmərəli əməkdaşlıq edir. 2020-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Varşavada Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi, habelə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.

Mikayıl Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması və bu ilin sentyabrın 27-dən işğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatlara başlaması, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyini təmin etmək və işğal olunmuş torpaqlarını qaytarmaq üçün öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib.

Görüşdə pandemiya dövründə görülən tədbirlər, hazırkı iqtisadi vəziyyət, aparılan islahatlar barədə də məlumat verilib, koronavirusla mübarizədə ölkələrimiz arasında qarşılıqlı yardımın əhəmiyyəti qeyd edilib. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətini diqqətə çatdıran İqtisadiyyat naziri postpandemiya dövründə Polşa ilə investisiya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, enerji, dövlət-özəl sektor tərəfdaşlığı və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.

Nazir Azərbaycanın əlverişli nəqliyyat-tranzit imkanları, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolunun və Ələt azad iqtisadi zonasının potensialı barədə məlumat verib, Polşa şirkətlərini bu imkanlardan yararlanmağa dəvət edilib.

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı, iki ölkənin limanları arasında əməkdaşlıq, birbaşa hava reysinin açılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

(Apa.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA