İqtisadiyyat

Cəbhə rayonlarında qazın verilişi bərpa edilir

Cəbhə rayonlarında qazın verilişi bərpa edilir
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilir.

Kanal14.az "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata əsasən bildirir ki, Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub. Yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalıb. O cümlədən, Füzuli rayonu üzrə qazlaşdırılmış yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, 2 yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb. Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqda davam edir.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə sentyabrın 27-dən məhdudlaşdırılıb. Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub.