kanal14.az
kanal14.az

Messi milyarder olacaq

Messi milyarder olacaq
22-08-2020, 17:58 300 dəfə baxılıb

Messi milyarder olacaq

İspaniya "Barselona"sının kapitanı Lionel Messi dünyanın 2-ci milyarder futbolçusu ola bilər.

Kanal14.az "Forbes"ə istinadən xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubunda qalacağı təqdirdə karyerası ərzində ümumi gəliri 1 milyard ABŞ dollarına çatacaq.

Daha əvvəl hazırda İtalliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu 1 milyard qazanan ilk futbolçu kimi tarixə düşüb.

Portuqaliyalıdan başqa, dünyada gəliri bu qədər olan daha iki idmançı var. Bunlardan biri amerikalı qolfçu Tayqer Vuds, digər isə onun həmyerlisi, boksçu Floyd Meyvezerdir.

Qeyd edək ki, Lionel Messinin "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA