İdman

"Sumqayıt" kapitanı ilə müqaviləni yeniləyib

"Sumqayıt"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Kanal14.az Redaktor.az-ın məlumatına əsasən bildirir ki, kapitan Vurğun Hüseynov karyerasını "gənclik şəhəri" təmsilçisində davam etdirəcək.

32 yaşlı mərkəz müdafiəçisi rəhbərliklə görüşərək sözləşməsini yeniləyib. Azərbaycan millisinin sabiq üzvü başa çatan müqavilə müddətini daha 1 il uzadıb. O, Mehdi Cənnətov və Elvin Bədəlovdan sonra yeni anlaşmaya qol çəkən 3-cü oyunçu olub. Həmçinin baş məşqçi Ayxan Abbasov da postunda saxlanılıb.

Qeyd edək ki, "Sumqayıt" hələlik Şəhriyar Əliyev, Aleksey İsayev, Peyman Babayi, Mehdi Şərifi və Sərtan Taşkınla yollarını ayırıb.