İdman

Zidan Mourinyonun yerinə göz dikib?

Zinəddin Zidan İngiltərə Premyer Liqasında çıxış edən klubda iş tapacağına ümid edir.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, "L'Equipe" nəşri iddia edir ki, Madrid "Real"ının sabiq məşqçisi "Mançester Yunayted"də işləmək istəyir. 46 yaşlı fransalı mütəxəssis mankunianların portuqaliyalı çalışdırıcısı Joze Mourinyo ilə bağlı vəziyyəti izləyir.

 

Bundan əvvəl Z.Zidana Qətər millisinə məşqçilik etmək təklif olunmuşdu. Ona 4 illik müqavilə və ildə 50 milyon avro vəd edilib.