İdman

İnqilab Məmmədova yeni təyinat

İnqilab Məmmədova yeni təyinat

Çimərlik futbolu üzrə FIFA hakimi İnqilab Məmmədov yeni təyinat alıb.

"Kanal14.az” xəbər verir ki, referi iyulun 17-də Rusiyanın paytaxtı Moskvada start götürəcək dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb.

İyulun 28-dək davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək. Milli iyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələnin 5 ən yaxşı komandası 21 noyabr - 1 dekabrda Paraqvayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq./Yeni Sabah