İdman

"Hazırda yaşadığımız vəziyyət "Qarabağ" üçün yeni bir şeydir"

"Hazırda yaşadığımız vəziyyət "Qarabağ" üçün yeni bir şeydir"
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Uzunmüddətli zədədən sonra ilk dəfə "Sumqayıt"la Topaz Premyer Liqasının X tur matçında meydana çıxan "Qarabağ"ın futbolçusu Dani Kintana 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra brifinq keçirib.

Kanal14.az report-a istinadən bildirir ki, ispaniyalı yarımmüdafiəçi öncə hazırkı durumu barədə danışıb...

- Son zamanlar zədələr mənə imkan vermir. Bu gün az da olsa, oynadığım üçün sevinirəm. Ümid edirəm ki, bundan sonra müntəzəm oynayacaq və komandaya kömək edəcəyəm.

Aydın məsələdir ki, zədədən sonra optimal formada deyilsiniz. Sizə tam formanızı bərpa etmək üçün nə qədər müddət lazımdır?

- Ümumiyyətlə, komanda ilə məşqlərdə iştirak edirəm. Amma məşqlərdəki ritm ilə oyundakı ritm eyni deyil, ona görə də əvvəlki formamı bərpa etmək üçün oyunlarda iştirak etməliyəm.

Avroliqada komandanız 3 oyundan sonra xalsız qalıb. Bu da yəqin sizə təsir edir. Ukraynada bu sindromu qıra biləcəksinizmi, yoxsa düşünürsünüz ki, artıq qatar gedib?

- Yox, elə düşünmürük. Biz hər oyundan-oyuna vəziyyətə baxırıq. Düzdür, hazırda qrupdan çıxmaq öz əlimizdə deyil, amma riyazi olaraq şanslarımız var. Avroliqa elə səviyyədir ki, burada 1 oyunçunun belə hazır olmaması ümumi ansamblı pozur. Bunu tək ilk "11lik"də olan oyunçular üçün yox, ümumi heyət üçün deyirəm.

"Qarabağ" 5 ardıcıl oyun idi ki, qələbə qazana bilmirdi. Kənardan baxanda komandada hansı problemləri görürdünüz?

- Əvvəlcə onu deyim ki, siz 5 oyun qeyd etdiniz, amma biz "Səbail" ilə oyunda qələbə qazanmışdıq, sonradan texniki məğlubiyyət verildi. Bu, artıq başqa söhbətin mövzusudur. Hazırda yaşadığımız vəziyyət "Qarabağ" üçün yeni bir şeydir. Vəziyyətdən çıxmaq üçün yeganə yol hamılıqla eyni istiqamətdə üzməyimizdir.

"Neftçi" ilə aranızda 5 xallıq fərq var, bu sizi narahat etmir? Düşünmürsünüzmü ki, bu il çempion olmaq daha çətin olacaq?

- Əlbəttə, çempionluq yolunda rəqibimiz "Neftçi"dir. Çətin olacağını düşünürəm, amma hər şey qarşıdadır. Fikrimcə, vəziyyəti həll etmək öz əlimizdədir.

"Vorskla" ilə oyunu Bakı Olimpiya Stadionunda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçirsəydiniz, nəticə fərqli ola bilərdi?

- Sizinlə tam razıyam. Bakı Olimpiya Stadionu yarıya qədər dolursa, bu stadion tam dolu olardı. Bizim burada çox gözəl günlərimiz olub, yaxşı nəticələr qazanmışıq. Amma bu, bizdən asılı olmayan məsələdir.