Hadisə

Bakıda iki avtomobil toqquşdu: ölən var

Avqustun 24-də saat 10 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Şabran rayon sakini N. Bəyməmmədovun idarə etdiyi "Man” və Bakı şəhər sakini B.Ələkbərovun idarə etdiyi "Nissan” markalı avtomobillər toqquşub.

Kanal14.az bildirir ki, hadisə nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Ələkbərovun sərnişini, Tovuz rayon sakini Firuddin Məhərrəmov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

(Lent.az)