Hadisə

Bakıda avtomobillə vurulan piyada ölüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

 

kanal14.az APA-ya intinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 30-da saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini İbadulla Yusifzadə idarə etdiyi "Nissan” markalı avtomobillə yolu keçən Kəngərli rayon sakini Yaşar Ələkbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb. 
 

Xəzər RPİ tərəfindən araşdırma aparılır.