Hadisə

Saatlıda oğul anasını güllələyərək öldürdü

 
Saatlıda oğul anasını güllələyərək öldürdü 
Saatlı sakini anasını ehtiyatsızlıqdan güllələyərək öldürüb.

Kanal14.az "Qafqazinfo"nun məlumatına əsasən bildirir ki, Kamallı kənd sakini 1990-cı il təvəllüdlü Qəmbərov Racil Zabil oğlu ov tüfəngindən ehtiyatsızlıq edərək anası Qəmbərova Tovuz Fərman qızını vurub.

Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.