Hadisə

Digahda evdən 23 min manatdan artıq pul və 18 min manatlıq qızıl əşyalar oğurlanıb

Digahda evdən 23 min manatdan artıq pul və 18 min manatlıq qızıl əşyalar oğurlanıb.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən  verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 7-də Digah kəndindəki evlərin birindən 23200 manat pul və 18000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Toğrul Xəlilov və qardaşı Faiq saxlanılıblar.