Vəzifəli şəxsin əmlakına həbs qoyuldu
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Kanal14.az-a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, "Texnikabank” ASC-yə külli miqdarda ziyan vurub qanunsuz kredit almasına, həmin kredit vəsaiti üzrə 266 min manat məbləğində pul vəsaitini qəsdən ödəməyərək "Texnikabank” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Bildirilib ki, R.Əhmədov və R.Xəlilov Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə R.Əhmədovun 808 min manat məbləğində əmlakı üzərinə həbs qoyulmuş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Prokurorluq bu kateqoriyadan olan cinayətlərin törədilməsinə şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verəcək neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsini təmin edəcək./Yenisabah.az