Hadisə

SON DƏQİQƏ: əfsanəvi aktrisa VƏFAT ETDİ

SON DƏQİQƏ: əfsanəvi aktrisa VƏFAT ETDİ
 
 
 
 

 
 
 
Türkiyəli aktrisa Jale Birsel 92 yaşında vəfat edib.

Kanal14.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa ağciyər xəstəliyindən əziyyət çəkirmiş.
1949-cu ildə Ankara Dövlət Konservatoriyasının Teatr sənəti fakültəsini bitirən Birsel, İzmirdə yaşadığı Qocalar evində gözlərini əbədi olaraq yumub.

Dövlət teatrları aktrisanın vəfatı ilə bağlı açıqlama yayıb:
"Türkiyə teatr aləminin dəyərli şəxslərindən olan Jale Birselin ölüm xəbərini hüznlə anırıq. Sənətçimizə Allahdan rəhmət diləyirik. Ailəsinə, sevənlərinə və sənət dünyasına başsağlığı veririk."