Hadisə

İsmayıllıda yenə zəlzələ oldu

http://olke.az/uploads/1549427745/zelzele.jpg
Fevralın 6-da Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:34-də qeydə alınıb. 

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb. 

 

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.