Hadisə

Goranboyda avtomobil aşdı, sürücü öldü

http://olke.az/uploads/1548102881/vvvvjpg.jpeg
 
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Kanal14.az "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan sement daşıyan iri tonajlı yük avtomobilinin dəmir maneəyə çırpılması nəticəsində nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı sürücü ağır bədən xəsarəti alıb. O, xəstəxanaya aparılan zaman yolda ölüb. 

 

Faktla bağlı araşdırma aparılır.