Hadisə

Buzovnada yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, avqustun 5-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Yolçu Şükürov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurub.

 

Piyada hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.