kanal14.az
kanal14.az

Bakıda iş adamı güllələnərək öldürüldü – Polis araşdırmaya başladı

Bakıda iş adamı güllələnərək öldürüldü – Polis araşdırmaya başladı
21-12-2018, 12:18 128 dəfə baxılıb

Bakıda iş adamı güllələnərək öldürüldü – Polis araşdırmaya başladı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bakıda iş adamı qətlə yetirilib.

Azinforum.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai” markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.

Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.

Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun meyitini avtomobildə aşkarlayıblar.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA