Hadisə

Traktorla minik avtomobili toqquşub, ölən və yaralanan var

Traktorla minik avtomobili toqquşub, ölən və yaralanan var
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Kanal14.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Belə ki, dekabrın 2-də saat 15 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində rayon sakini C.Hüseynovun idarə etdiyi "Belarus” markalı traktorla Ağayrı kənd sakini Bəxtiyar Baxşıyevin idarə etdiyi "VAZ-21063” markalı avtomobil toqquşub. Nəticədə B.Baxşıyev və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.