Hadisə

Qadını döyüb telefonunu aldı

Qadını döyüb telefonunu aldı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Bakıda qadına qarşı soyğunçuluq olub.

DİN mətbuat xidmətindən  verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Rüstəmova oktyabrın 4-də Moskva prospektində bir nəfərin ona zor tətbiq edib mobil telefonunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev müəyyən edilərək saxlanılıb.

(Lent.az)