Gündəm / Dünya

Pompeo Azərbaycan və Ermənistana çağırış edib

Pompeo Azərbaycan və Ermənistana çağırış edib

ABŞ Dövlət katibi Mayk Pompeo Qarabağ münaqişəsinin tərəflərini sülhə, xarici qüvvələri müdaxilə etməməyə çağırıb.

Kanal14.az bildirir ki, bu barədə Pompeo Fox News”a müsahibəsində deyib.

"Biz münaqişənin beynəlxalq xarakter almasına qarşıyıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda qalmalıdır. Atəşkəsə çağırış edirik və münaqişə tərəflərinin geri çəkilməsini istəyirik. İki ölkənin hər birinin liderləri ilə danışdıq, onları buna çağırdıq",- deyə Pompeo bildirib.

(Metbuat.az)