kanal14.az
kanal14.az

Abşeronda könüllülər və İctimai Şura üzvləri aksiya keçirdi -FOTOLAR

Abşeronda könüllülər və İctimai Şura üzvləri aksiya keçirdi -FOTOLAR
14-09-2020, 12:13 39 dəfə baxılıb

Abşeronda könüllülər və İctimai Şura üzvləri aksiya keçirdi -FOTOLAR







 
 
 
 






Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı, RİH-də təcrübə keçən könüllülərin və İctimai Şuranın üzvlərinin təşəbbüsü ilə təmizlik aksiyası keçirilib.

40-a yaxın iştirakçının iştirak etdiyi "Trashtag” layihəsi çərçivəsində Qobu-Hökməli yolunun ətrafında səliqə-sahman yaradılmasına ehtiyac olan sahələrdə təmizlik işləri aparılıb, böyük bir ərazi məişət tullantılarından təmizlənilib. "Təmiz təbiət, sağlam həyat!” devizi ilə keçirilən layihənin məqsədi insanları təbiətə qarşı daha diqqətli və qayğıkeş olmağa, tullantıları düzgün idarə etməyə dəvət etməkdir.

Aksiya zamanı gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər.

Qeyd edək ki, Abşeron rayonunda ətraf mühiti qorumaq, eləcə də insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyəti ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq məqsədilə bu cür aksiyalar mütəmadi olaraq keçirilir.
Abşeronda könüllülər və İctimai Şura üzvləri aksiya keçirdi -FOTOLAR
Abşeronda könüllülər və İctimai Şura üzvləri aksiya keçirdi -FOTOLAR
Abşeronda könüllülər və İctimai Şura üzvləri aksiya keçirdi -FOTOLAR
Abşeronda könüllülər və İctimai Şura üzvləri aksiya keçirdi -FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA