kanal14.az
kanal14.az

Kosmos yarışı: Marsda məskunlaşmaq üçün... - Alim

Kosmos yarışı: Marsda məskunlaşmaq üçün... - Alim
31-07-2020, 12:19 63 dəfə baxılıb

SSRİ və ABŞ arasında 1957-1975-ci illərdə kosmosun fəthi ilə bağlı gedən gərgin mübarizə 2020-ci ildən etibarən yenidən başlayıb. Belə ki, Marsın sirlərini kəşf etmək üçün ABŞ, AB, Rusiya, BƏƏ, Çin, Yaponiya sözün əsl mənasında yarışdadır. Bəs, görəsən, bu ölkələri Marsı kəşf etməyə sövq edən səbəb nədir?

Məsələ ilə bağlı Axar.az-a danışan Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fəlsəfə elmləri doktoru Ədalət Ətayi bildirib ki, Marsın araşdırılması, tədqiq edilməsi ötən əsrin 50-ci illərindən başlanan bir plandır:

"Məsələ ondadır ki, Venera, Yer, Mars eyni tipdə planetlərdir. Sadəcə, bu planetlər müxtəlif məsafələrdə yerləşir. Daha aydın şəkildə desək, Venera və Mars dünyanın olduğu yerdə olsaydı, bu gün bəlkə də bu planetlərdə də həyat olardı. Yəni mahiyyət etibarilə bu 3 planet eynidir, sadəcə, Günəşə yaxınlıq məsafələri onların fərqli xüsusiyyətlərdə formalaşmasına səbəb olub”.

Alimin sözlərinə görə, Marsın bir sıra özünəməxsus xüsusiyyətləri var:

"Mars planeti çəki etibarilə dünyadan yüngüldür. Digər tərəfdən Mars dünyaya məsafə etibarilə də yaxındır. Marsda həyatın izləri haqda bir çox fərziyyələr və bunları dəstəkləyən kəşflər var. Bu gün Marsın ətrafında bir çox süni peyklər mövcuddur. Bu peyklər müntəzəm olaraq Marsın atmosferi ilə bağlı dünyaya informasiyalar göndərir. Marsın səthində ekspedisiya aparmaq da mümkündür. Hazırda NASA-nın bir sıra aparatları Marsın səthindədir və bu planetin rəngi, torpaq qatı, təbii fəlakətləri ilə bağlı çox dəyərli məlumatları dünyaya göndərir. Marsda çox nəhəng, ehtimal ki, çoxdan sönmüş bir neçə vulkan aşkar edilib. Bunlardan ən böyüyünün hündürlüyü 27 km-dir. Bu, Günəş sistemində məlum olan ən yüksək dağdır”.

Ə.Ətayi bildirib ki, Marsın geoloji dövrünün dünyadan daha əvvəl başlayıb, tez bitdiyi düşünülür:

"Yəni bu o deməkdir ki, dünyada olan təbii ehtiyatların bir çoxu Marsda da var. Marsı kəşf etmək istəyən bir sıra ölkələr bu planetin təbii sərvətlərini mənimsəyib dünyaya gətirməyi də planlaşdırır. Marsın tək bir problemi var, o da burada vaxtaşırı böyük qum fırtınalarının baş verməsidir. Bununla belə, Marsı kəşf etmək elmi baxımdan mümkündür və gələcəkdə bu planetdə də insanların yaşaması üçün xüsusi şərait yaratmaq olar”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA