Gündəm / Hadisə

FHN yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı məlumat yaydı

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış olub.

Kanal14.az FHN-in rəsmi saytına istinadla bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən "LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

Əlavə məlumat veriləcək.