Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Foto / Video

Müasir park nə üçün qaranlığa qərq olub?-Video/Foto

Müasir park nə üçün qaranlığa qərq olub?-Video/Foto





 
 
 
 





Ötən ildən etibarən hakimiyyətin bəzi dairələrində kadr islahatlarının aparılması bu gün də davam etdirilməkdədir. Əsasən də yaşlı kadrlarla gənc kadrların əvəz olunması ictimaiyyətin nəzərində müsbət hal kimi qiymətləndirilmişdir. Əlbəttə ki,dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, bir neçə rayona gənc İcra başçıları təyin olunublar. Təyin olunanlar  arasında Yasamal rayon İH-nin başçısı Elşad Eldar oğlu Həsənovun da adı qeyd olunmuşdur. 

Bu şəxs kimdir? Təbii ki,bu sual hər kəs üçün maraqlıdır,amma hesab edirik ki,qeyd olunan sual elə də çətin sual deyil. Elşad Həsənov 1976-cı il Sentyabın 27-də Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Bundan sonra isə bir neçə şirkətlərdə hüquqşünas kimi çalışıb. Nəhayət 2015-ci ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Uzun illər Milli Məclisdə millətin vəkili olaraq çalışan E.Həsənov,seçildiyi dairə üzrə seçicilərinə elə də "gün ağlayan” millət vəkili olmayıb.
Yaxın zamanlarda isə,həmin rayona İcra başçısı vəzifəsinə təyin olunmasına görə bir çox rayon sakinlərinin narazı olduqları müşahidə olunub. Artıq 8 aya yaxındır ki,sözügedən rayonda İcra başçısı olaraq fəaliyyətini davam etdirir. Dəyərli "DogruXeber.az” informasiya agentliyinin izləyiciləri. Nəzərinizə çatdırmaq istəyirik ki, Yasamal rayon yeni Yasamal 2 massivində bir qrup vətəndaş tərəfindən redaksiyamıza müraciət daxil olmuşdur. Müraciətdə bildirilir ki,uzun illər öncə yeni Yasamal 2 ərazisində mərhum Heydər Əliyev adına kiçik bir park salınmışdır. Hələ o zamanlarda bu rayona sabiq İcra başçısı İbrahim Mehdiyev rəhbərlik edirdi.

Təəssüflər olsun ki,parkın salınmasından çox keçmir ki,baxımsız qalan park,insana sanki xaraba qalmış şəhərləri xatırladırdı. Nəhayət viran qalmış parkın ağ günə çıxdığı gün gəlib çıxdı. Belə ki,rayona yeni təyin olunmuş İcra başçısı Əziz Əzizov təyin olunduğu gündən qısa bir zamanda yeni Yasamal adı ilə tanınan bu qəsəbəni sözün əsl mənasında yenidən abadlaşdırdı. Əlbəttə ki,görülən işlər arasında başçıya aid bir neçə biznes obyektlərinin inşa olunması heç də diqqətdən kənarda qalmamışdır. Amma necə deyərlər,”kor iki göz istər,biri əyri biri düz”. Əsas odur ki,sakinlərin rahatçılığı təmin olunsun. Bəli,bu qəsəbədə yollar,binalar və ən nəhayət əhali üçün nəzərdə tutulan kiçik həcmli parkın müasir standarlara uyğun təmir bərba olunması və yeni skameykalar,avadanlıqlar və müasir tipli işıq qurğularının quraşdırılması parka xüsusi gözəllik verirdi. 
Müasir park nə üçün qaranlığa qərq olub?-Video/Foto





 
 
 



Məlumdur ki,2019-cu ildən etibarən bir sıra qurumlarda aparılan kadr islahtları Yaşamal rayonuna da şamil edildi. Beləliklə Əziz Əzizov,yeni təinat üzrə Suraxanı rayonuna İcra başçısı təyin olundu. Uzun illərdən sonra görünüşcə ağ günə çıxmış rayona,gənc İcra başçısı Elşad Həsənov təyin edildi. Rayon sakinlərinin sözlərinə görə,gənc İcra başçısı E.Həsənov təyin olunduğu gündən kabinetindən bayıra çıxmamağa üstünlük verir. Məhz elə bu səbəbdəndir ki,yeni təmir olunmuş parkın 7 aydır ki,işıqları yanmır. Qaranlıqda gəzən sakinlər sözlərini və şikayətlərini deməyə məsul şəxslər tapmadıqları üçün çıxış yolunu bizim redaksiya vasitəsilə aidiyyatı qurumların diqqətinə çatdırmağa qərar veriblər. 
Müasir park nə üçün qaranlığa qərq olub?-Video/Foto



 
 
 





Müasir park və qaranlıq gecə-bunlar hər ikisi bir birinə zidd olan görünüşdür. Burada yaxşı demiş atalar,”neynirəm ki,qızıl teşti içinə qan qusam”. İndi sözügedən qaranlıq parkda qoca,əlil və xəstə sakinlərin necə gəzdiyini özünüz təsəvvür edin. Əlbəttə ki,gənc və savadlı olmaqla hər şey düzəlmir,əsas odur ki,idarəçiliyi bacaran kadrlara üstünlük verilsin. Bir məsələni də diqqətinizə çatdıraq ki,deyilənlərə görə parkın "Azərişıq ASC”nə 5 min manat işıq borcu var. Məhz elə bu səbəbdəndir ki,müasir park gecələr qaranlıqda qalmaq məcburiyyətindədir. Hələ bu azmış kimi,parkın ortasında xüsusi görünüş ücün inşa edilən fəvvarədə,su əvəzinə qat bağlamış toz yer alır.Hesab edirik ki,gənc İcra başçısı hörmətli E.Həsənov,qınaqlardan nəticə çıxarıb rayon sakinlərinin problemləri ilə maraqlanmağa üstünlük verər.   Qarşı tərəfi dinləməyə hazırıq:
Müasir park nə üçün qaranlığa qərq olub?-Video/Foto
Müasir park nə üçün qaranlığa qərq olub?-Video/Foto
Müasir park nə üçün qaranlığa qərq olub?-Video/Foto
Müasir park nə üçün qaranlığa qərq olub?-Video/Foto