Gündəm

Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri Maşallah Ələkbərov vəzifəsindən azad edilib.

Bununla bağlı rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov əmr imzalayıb.

V.Zeylanovun imzaladığı digər əmrlə icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Suğra Məmmədova təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib."Report”