Gündəm / Cəmiyyət

İmamoğlu Azərbaycanı təbrik etdi: Qardaş xalqımız...

Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, İmamoğlu Tvitter səhifəsində "Azərbaycan 102 yaşında" həştəqi ilə təbrik mətni paylaşıb.

"Azərbaycan xalqının Respublika Gününü təbrik edirəm. 102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətini elan edən dost və qardaş xalqımızla ürəklərimiz hər zaman birlikdə atacaq”, - deyə İmamoğlu yazıb.