Gündəm

Atmosferdəki partlayış Suriyada kəndi yox etdi

12 min 800 il əvvəl atmosferdə partlayan kometin Suriya ərazisindəki Əbu Hureyra kəndini məhv etdiyi üzə çıxıb.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nature” nəşrində məqalə dərc olunub.

Arxeoloqlar partlayış nəticəsində dünyanın hər tərəfinə səpələnən alov yağışı nəticəsində yaranan ərimiş şüşədən ibarət kürələr tapıblar.

Tapılan kürələrə əsasən, kometin partlaması ilə Əbu Hureyra kəndinin böyük bir hissəsinin məhv olunduğu qənaətinə gəlinib.