Gündəm / Dünya

Hakerlər tərəfindən Yaponiya ordusuna hücum təşkil edilib

 Hakerlər tərəfindən Yaponiya ordusuna hücum təşkil edilib
 
 
 
 
 
 
 
 

 
 
 

Hadisə Yaponiyanın Müdafiə Nazirliyi tərəfindən araşdırılır. 

 

Yaponiyanın Müdafiə Nazirliyi hakerlərin ölkənin mühəndisləri tərəfindən hazırlanan yeni ultrasəs raketi barədə gizli məlumatları oğurlaya biləcəyindən şübhələnir. 

 

Kanal14.az TED.az-a istinadən xəbər verir ki, nazirliyin nümayəndələri ehtimal edirlər ki, raketin texniki xüsusiyyətlərinə dair məlumatlar müdafiə şirkətlərinə göndərilən zaman kütləvi haker hücumuna məruz qalıb.

 

Quruluşuna görə cihaz səs sürətini inkişaf etdirməklə yanaşı, dəqiq zərbələr endirmək üçün əhəmiyyətli məsafələri və düşmənin raketdən müdafiə sistemlərini aşkarlaya bilir.

 

Qeyd edək ki, haker hücumu Yaponiya Müdafiə Nazirliyi tərəfindən araşdırılır.