Gündəm

Ramiz Mehdiyevin vəfat etməsi xəbəri yayıldı - Açıqlama

 

 

 

 

Bu gün sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevinvəfat etməsi barədə məlumat yayılıb.Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov bildirib ki, Ramiz Mehdiyevin ölümü ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Dünyasını dəyişən Ramiz Mehdiyev deyil, mənim oğlumdur", - o deyib.

Qeyd edək ki, mayın 6-da Ağahüseyn Şükürovun 27 yaşlı oğlu Nuran dəhşətli yol qəzasında dünyasını dəyişib./Axar.az/