kanal14.az
kanal14.az

İcra başçısının vətəndaşa qan dondurucu cavabı-Video

İcra başçısının vətəndaşa qan dondurucu cavabı-Video
7-05-2020, 14:18 203 dəfə baxılıb

İcra başçısının vətəndaşa qan dondurucu cavabı-Video



 
 



Ötən ilin sonundan başlayaraq ölkədə aparılan kadr islahatları bu günə qədər də uğurla davam etdirilir. Hər kəsə məlumdur ki,ölkənin müxtəlif rayonlarında məmur özbaşınalıqları hədsiz dərəcəyə yüksəlmişdir. Vətəndaş süründürməçilikləri, müraciətlərə məhəl qoyulmaması, məmurun vətəndaşa qarşı kobud rəftarı və s..r bu kimi əsaslı problemlər ifrad həddə çatmışdır. Bu cür xoşa gəlməz halların yaranması isə,dövlətin nüfuzuna xələl gətirən əməllər hesab olunurdu.
Nəhayət ki,o gün gəlib çatdı və "şahlar” öz taxt-taclarından endirilərək layiq olduqları məkana göndərillirlər. Əlbəttə ki,bu günün gec və ya tez gələcəyini,hər kəs yaxşı bilirdi. Amma "şahlar” isə elə zənn edirdilər ki,hər zaman öz rahat taxtlarında oturub sadə və məzlum xalqı istədikləri kimi idarə edəcəklər. Yaxşı demiş atalar : "zalımın hökmü varsa,məzlumun da ahı var” . Bu gün həmin gündür ki,məzlumların göz yaşlarının qurbanları taxtdan endirilərək bir başa həbsə göndərilirlər.
Bəli,bu günki gedişat demək olar ki,sadə vətəndaşlar üçün ən əlverişli bir zamana çevrilib. Vətəndaşların öz haqlarını açıq səkildə tələb etmələri üçün tam fərqli bir məqam yaranıb. Yaranmış bu cür fürsətdən yararlanmağa çalışan Samux rayon sakinləri,dərdlərini mətbuata danışdılar. Belə ki,illərdir zülüm və əsarət altında yaşayan rayon sakinləri ölkə başçısının göstərişinə əsasən aparılan islahatları görüb özlərində cəsarət toplayaraq rayonda baş verən məmur özbaşınalıqlardan ağız dolusu danışdılar.

Artıq demək olar ki,bir neçə gündür ki, ”DogruXeber.az”  Informasiya agentliyinin redaksiyasına Samux rayonundan gələn müraciətlərin sayı bitib tükənmir. Sanki elə bil bu rayonda idarə etəmə orqanları yox imiş. Hərçənd ki,redaksiyamıza edilən vətəndaş müraciəti ilə bağlı qarşı tərəf olaraq rayon İHB-nın birinci müavini Tahir Qarayev ilə telefon əlaqəsi saxladıq. Tam məqsədə uyğun formada vətəndaşın müraciətini təfərrüatı ilə rayonun ikinci səlahiyyətli şəxsi T.Qarayevin diqqətinə çatdırdiq.
Sona qədər bizi dinləyən İHB-nın müavini T.Qarayev,sonunda əlaqə nömrəmizi götürərək bizə bildirdi ki,hər bir məsələni qeydə aldıq və vətəndaşlara lazımı köməklikləri göstərəcəyik. Təəssüf olsun ki,bu deyilənlər yalnız söz olaraq qaldı və reallıqda isə bu deyilənlərin heç biri öz həllini tapmadı. Bu gün isə redaksiyamıza,Samux rayon Sərkar kənd sakini İsgəndərov Pərvin Namil oğlu tərəfindən tam fərqli bir müraciət daxil olmuşdur.
Sərkar kənd sakini P.İsgəndərov tərəfindən redaksiyamıza göndərilən video müraciətdə acı mənzərənin şahidi olduq. Şəxsin valideynlərinin hər ikisinin də ağır yataq xəstəliyinə düçar olmaları gəncin həyata olan bütün arzularını ürəyində qoyub.Bu cür ağır durumda olan bir gənc rayon rəhbərinin diqqətindən kənarda qalmasından giləylənib. Onun sözlərinə görə ötən ilin yay aylarında,birinci Vitse Prezident Mehriban xanım Əliyevanın Samux rayonuna səfəri gözlənilirmiş. Bundan xəbərdar olan gənc rayon rəhbərliyinin diqqətinə çatdırıb ki,Vitse Prezident M.Əliyeva rayona gələndə bütün baş verənləri onun diqqətinə çatdıracam.
Bundan narahatlıq hissi keçirən icra başçısı,dərhal xəstəxananın baş həkiminə göstəriş verir ki,gedin vətəndaşın valideynlərinə nə lazımdır köməklik edin. Göstərişi icra edən həkimlər ailənin vəziyyətlərini nəzərdən keçirdikdən sonra bildiriblər ki,ailə başçısının durumu ağır olduğu üçün,birinci qrup əlillik dərəcəsi şamil edilə bilər. Beləliklə də P.İsgəndərova bildirilib ki,səbrli ol valideynlərin üçün nə lazımdırsa köməklik olunacaq. Amma necə deyərlər "sən saydığını say gör Fələk nə sayır”. Belə ki,birinci Vitse Prezidentin rayona gəlişi təxirə düşüb. Məhz elə bu səbəbdən də gənc oğlana verilən vəd elə söz olaraq qüvvədə qalıb. Amma xəstəxananın baş həkimi Əli doktorun sözlərinə görə,bu işin həyata keçməsi üçün qarşılığında üç (3) min manat pul verilməli olduğunu bildirib.
Ən dəhşətlisi isə odur ki,kənd sakini P.İsgəndərovun sözlərinə görə,ailəsinin durumu ilə bağlı rayon İcra başçısı hörmətli Alı Qocayevin qəbuluna gedib və bununla bağlı kömək istəyib. Ən təəççüblü məqam burasıdır ki,Icra başçısı A.Qocayev vətəndaşa bildirib ki,”dərdini mənim üstümə tökmə, get hara şikayət edirsən et,mən heç bir köməklik edə bilmərəm.” deyə son sözünü bildirib. Hər yerdən əli üzülən vətəndaş,son ümid yeri olaraq "DogruXeber.az” informasiya agentliyinin redaksiyasını seçərək,bizim vasitəmiz ilə ölkə Prezidentinə və Vitse Prezidentə səslənib. Bütün qeyd olunanların hər biri aşağıda təqdim etdiyimiz video çarxda əks olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA