Gündəm

“İlk növbədə Şuşanın məsələsi müzakirə olunur...”

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə yanvarın 29-da və 30-da keçirilən, üst-üstə 11 saat davam edən danışıqlarının detallarına dair hər hansı məlumat yoxdur. Bununla belə qeyd olunur ki, bu son illərdə keçirilmiş ən intensiv danışıqlardır və Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın iki gün ərzində, uzun-uzadı görüşməsi onların münaqişənin nizamlanmasına dair detallı müzakirələr apardığını təxmin etməyə əsas verir.

Danışıqların yekunu olaraq tərəflər yayğın və ümumu məzmunlu bəyanatlarla kifayətləniblər, nazirlərin tezliklə yenidən görüşmək barədə razılaşdıqlarını elan ediblər.

 

Lakin Ermənistanda belə görünür ki, danışıqların detalları haqda "məlumatlı olan” biri var-bu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryandır. Şahnazaryan ötən gün iddia edib ki, Cenevrədə Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması ətrafında "məzmunlu danışqlar” keçirilir. "Mərkəzi məsələlərdən biri Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşadıqları zonanın yaradılmasıdır. İlk növbədə Şuşanın məsələsi müzakirə olunur, habelə məzmunlu danıqların intesivləşdirilməsi barədə danışılır. Məhz bu kontekstdə, Cenevrədə keçriilən danışıqlara paralel olaraq, ABŞ-ın Bakıdakı səfiri Erli Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb”,-o qeyd edib.

Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Anna Nağdalıyan isə bildirib ki, David Şahnazaryanın analizində bu günkü reallıqla bağlı olan heç nə yoxdur. "Onun analizi Azərbaycan tərəfi və onlara bağlı dairələr üçün maraqlı ola bilər, lakin analizin başlıca nöqsanı budur ki, indiki reallıqla əlaqəsi yoxdur”,-o deyib./Virtualaz.org