kanal14.az
kanal14.az

"20 Yanvar" Tariximizin faciəsi ilə yanaşı, həmdə şərəf və ləyaqət səhifəsidir!!!

20-01-2020, 13:09 53 dəfə baxılıb

"20 Yanvar" Tariximizin faciəsi ilə yanaşı, həmdə şərəf və ləyaqət səhifəsidir!!!

 
 
 
 
 
1990 -cı ilin 20 Yanvar günü, uzun illər Sovet imperiyasının əsarətində yaşayan Xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir!

1990- cı il Yanvarın 19-dan 20- nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet ittifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmişdir! Həmin gecə Vətənimiz Azərbaycanı canından əziz sevən insanlar, Bakıya yeridiləcək qoşunların yolunu kəsmək üçün şəhərin şimal qapısındakı meydana toplaşaraq sipər qurmuşdular.Bu mərdliyin, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Nə 20 Yanvar soyuğu, nədə həyəcanlı xəbərlər insanları çəkindirmirdi.Əkisinə sıralar insan izdihamı ilə daha da sıxlaşaraq çoxalırdı.1990 -cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

1990 -cı ilin "Qanlı 20 yanvar" günü rus ordusunun törətdiyi faciə nəticəsində, 146 nəfər soydaşımızın həyatına son qoyuldu.!

744 nəfər müxtəlif xəsarətlər alaraq yaralandı!

Yüzlərlə insan qanunsuz həbs olundu!

Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı və müstəqilliyi üçün yol açdılar. Fəqət 20 yanvar tariximizin yalnız faciə deyil, həmdə şərəf və ləyaqət səhifəsidir.. Dünya, Azərbaycan xalqının ümummilli məsələlərdə birləşərək qətiyyət nümayiş etdirməsinin, müstəqillik və azadlıq uğrunda şəhid vermək əzminin şahidi oldu!

20 yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir.! 20 yanvar xalqımızın qan yaddaşında əbədi yaşayacaq ümumxalq hüzn günü kimi hər il qeyd edilir.

Dogruxeber.az informasiya agentliyi olaraq dərin hüznlə şəhidlərin ruhu qarşısında baş əyir, Allahdan baş tacımız olan şəhidlərimizə rəhmət diləyirik!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA