Gündəm

Qar uçqunu 16 nəfərin həyatına son qoydu: Çoxlu sayda itkin düşən var

 Qar uçqunu 16 nəfərin həyatına son qoydu: Çoxlu sayda itkin düşən var

 

 


 


Kəşmirin Pakistanın nəzarətində olan hissəsində qar uçqunu nəticəsində azı 16 nəfər həlak olub.

Xəbəri Çinin "Sinxua” agentliyi yayıb.

Müzəffərabad şəhərinin rəhbəri İmtiaz Əhməd daha 10 nəfərin itkin düşdüyünü söyləyib. Həlak olan və itkin düşənlər arasında məktəblilər də var.

Şəhər rəsmisi qar uçqunu, torpaq sürüşməsi və leysan yağışları nəticəsində bina və həyət evlərinə ciddi ziyan dəydiyini bildirib.

Qeyd edək ki, təkcə ötən gün ölkəyə yağan güclü yağış və qar nəticəsində 26 nəfər həyatını itirib.