Gündəm

Azərbaycan məhsulları "Beynəlxalq Yaşıl Həftə 2020” sərgisində - NÜMAYİŞ ETDİRİLƏCƏK

Azərbaycan məhsulları


Yanvarın 17-26-da Almaniyanın paytaxtı Berlində qida, kənd təsərrüf  atı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə” ("International Green Week”) sərgisi keçiriləcək.

 Kanal14 bildirirki FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq sərgidə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Sərgi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Dünyanın 70-dən çox ölkəsindən 1500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunacaq.