Gündəm

Şəmkirdə itkin düşən qız Sumqayıtda tapıldı

Şəmkirdə itkin düşən qız Sumqayıtda tapıldı
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

 
 

 
 Şəmkirdə  itkin düşən şəxs tapılıb.

Bununla bağlı kanal14 -ə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X. Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.