kanal14.az
kanal14.az

Deputat Rafael Cəbrayılov: "Allaha and olsun, Qurana and olsun bu pulları qaytaracağam” - VİDEO

Deputat Rafael Cəbrayılov:
26-09-2019, 14:41 72 dəfə baxılıb

Deputat Rafael Cəbrayılov: "Allaha and olsun, Qurana and olsun bu pulları qaytaracağam” - VİDEO
 
 
 
 
 
 
 
 
 
 
Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev həmkarı Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymaqla borc götürməsi məsələsinin rəhbərlik etdiyi komissiyada baxıla biləcəyini bildirib.

A. Əbiyev "Qafqazinfo”ya bildirib ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlayacaq: "Bundan sonra komissiyanın üzvləri yığışacaq. Məsələyə əgər bizim komissiyada baxılacaqsa, qərar qəbul olunacaq. Sözsüz ki, deputatın etdiyi çox yaxşı iş deyil. Belə etmək olmaz”.

Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 15 fevral 2019-cu ildə iddiaçının xeyrinə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Dünən sosial şəbəkələrdə sensasion bir video paylaşılıb. Orada Rafael Cəbrayılov kreditorlarını borclarını tezliklə qaytaracağına şəxsən inandırmağa çalışır.

"Novxanıda inşa olunmuş Gənclər şəhərciyində 200-dən çox mənzilimiz var. Ancaq onları heç kim almır. Borcunuzu qaytaracağam və oradan sizə mənzil verəcəyəm",-deyə azərbaycanlı deputat kreditorlaını əmin etmək istəyir.

Sonra Təranə Fətəliyeva yenidən Rafael Cəbrayılova zəng vuraraq, deputatın təxminən 5 ilə yaxın gecikdirdiyi borcun qaytarılmasını tələb edir.

"Allaha and olsun, Qurana and olsun ki, bu pulları qaytaracağam. Özünüzü mənim yerimə qoyun, bizim problemlərimiz var", - deyə deputat qadına yalvarır.
Deputat Rafael Cəbrayılov: "Allaha and olsun, Qurana and olsun bu pulları qaytaracağam”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA