Gündəm

İş adamı bir görüş üçün 150 min təklif etdi - Aparıcıdan şok etiraf

İş adamı bir görüş üçün 150 min təklif etdi - Aparıcıdan şok etiraf
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Televiziya proqramlarından birində qonaq olan aparıcı Seda Akgül qalmaqallı açıqlama verib.

"Kanal14” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, populyar olduğu illərdə bir iş adamından ilginc təklif aldığını etiraf edib.

Aparıcının sözlərinə görə, iş adamı ona axşam yeməyi dəvətinə razılıq verməsi qarşılığında 150 min lirə (44 min manat) pul təklif edib. S.Akgül bu hadisənin 2-3 il əvvəl baş verdiyini, həmin iş adamının məqsədinin onunla birgə görüntülənmək olduğunu bildirib. 

48 yaşlı aparıcı təklifi qəbul etmədiyini deyib:

"Mən bilmirdim o adam kimdir. Bəlkə oğrudur?  Keçmişi haqda heç bir məlumatım yox idi. Mənə sadəcə deyilmişdi ki, bir müddət onunla sevgili kimi davranım, çünki reklama ehtiyacı vardı”.