Gündəm / Təhsil

Cəmiyyətə biz lazımıq – Rektordan çağırış

Cəmiyyətə biz lazımıq – Rektordan çağırış
 
 
 
 
 
 
 

 
 
 
 

Əziz dostlar, dünyada universitetlər və ixtisaslar çoxdur, bu gün insanların zövqləri də, maraq dairələri də 15-20 il bundan öncədəkindən çox fərqlidir.

Bəzən yaşlı insanlar deyirlər ki, gənclərin çox şeyə maraqları azalıb. Məsələn, 1961-ci ildə Yuri Qaqarinin kosmosa uçuşu sensasiya ilə qarşılandı, bu gün artıq kosmik gəmilərin uçuşları, yeni planetlərdəki axtarışları elə də maraqlı deyil. Lakin insan cəmiyyəti üçün daim maraq kəsb edən süfrəsinin bolluğu, ailənin normal təminatı və müasir dildə desək ərzaq təhlükəsizliyidir. Bütün cəhdlərə, ən müasir texnologiyalara baxmayaraq, FAO ekspertlərinin məlumatlarına əsasən dünyada 812 mln.  insan aclıq və səfalətdən əziyyət çəkir. Deməli, cəmiyyətə vəkil, prokuror, məhkəmə, filosof, iqtisadçı ilə yanaşı dili, ağzı olmayan torpağı, aləmə həşir sala bilməyən bitkini, səsindən heyvanın narahatlığını anlayan baytarlar da lazımdır. Bu isə ADAU kimi universitetlərdə yetişir. Ona görə, cəmiyyətə biz lazımıq, bizə tələbat var. Bizi seçərək hər biriniz ölkənin gələcək ərzaq təhlükəsizliyinə təminat verərək bir zəhmətkeş, halal insana çevriləcəksiniz.

İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru.