Gündəm

Əbülfəs Qarayev görəv başında son günlərini qeyd edir... - Nazirliyi ləğv oluna bilər...

Əbülfəs Qarayev görəv başında son günlərini qeyd edir... - Nazirliyi ləğv oluna bilər...
 
 
 
 
 
 
 
 
Az əvvəl məlumat verərək bildirdik ki, ölkədə total kadr və struktur islahatları gözlənilir. Bununla bağlı DİA.AZ-a danışan bilgili mənbə iddia edir ki, qeyd olunan proses boyunca Mədəniyyət Nazirliyinin birdəfəlik ləğvi də gözdən keçirilir.

Mənbə dia.az-a bildirir: "Ola bilsin ki, Mədəniyyət Nazirliyi birdəfəlik ləğv edilsin və yerində ayrıca xidmət yaradılsın. Hələlik müzakirə gedir".

Mənbə bildirir ki, amma istənilən qərarda itirən Əbülfəs Qarayev olacaq: "Onun gedişi məsələsi qətiləşib".

Onu da bildirək ki, Mədəniyyət Nazirliyi ilə yanaşı Dövlət Gömrük Komitəsinin də ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi ideyası mövcuddur və xeyli müddətdir bu ideya ictimai müzakirədədir.