Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Buzovna yolunda ölümlə nəticələnən yol hərəkəti hadisəsi- Foto/Video

Buzovna yolunda ölümlə nəticələnən yol hərəkəti hadisəsi- Foto/Video
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
DogruXeber.az xəbər verir ki, bu gün təqribən saat 9 radələrində Bakının Buzovna istiqamətində gedən magistral yolda Mersedes markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Qəza nəticəsində 75-80 yaşlarında vətəndaş yerindəcə keçinib. Hadisə şahidlərinin dediyinə görə, qəza törədən avtomobilin içərisində polis formasının asıldığı qeyd olunur. Belə güman edirik ki, avtomobili idarə edən şəxs polis əməkdaşıdır.Hadisə yerinə YPX-nin əməkdaşları gəlib. 
Faktla bağlı araşdırma aparılır. 
Bundan əlavə apardığımız müşahidələrə əsasən deyə bilərik ki, magistral yolda avtobus dayanacağı olmağına baxmayaraq nə piyada zolağı, nə də yerüstü piyada keçidi var.
Buzovna yolunda ölümlə nəticələnən yol hərəkəti hadisəsi- Foto/Video