kanal14.az
kanal14.az

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb.

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb.
22-06-2019, 13:17 180 dəfə baxılıb



Kanal14.az xəbər verir ki, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb.
Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Bədən Tərbiyəsi və İdman Akademiyasında, Azərbaycan Texniki Universitetində, Turizm və Menecment Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində seminarlar keeçirilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında qaçqın və məcburi köçkün tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, bu münaqişə barədə məlumat bazalarının gücləndirilməsi, sosial şəbəkələr vasitəsilə Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun artırılması və s. layihənin əsas məqsədini təşkil etmişdir.
Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu münaqişənin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyi, silahlı qüvvələrimizin ermənistan üzərində əzici gücə malik olmasını təmin etməsi, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın beynəlxalq miqyasda apardığı işlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, Heydər Əliyev Fondunun Birinci Vitse –Prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət” kampaniyası çərçivəsində gördüyü işlər və s. ekspertlər tərəfindən tələbələrə müfəssəl izah edilmiş, tələbələr diskussiyalarda fəal iştirak etmişdir.
Seminarlar zamanı seminarlarda iştirak edən tələbələrə ermənistanın Azərbaycana silahlı təcavüzünün fəsadlarını əks etdirən marifləndirici bukletlər paylanılmışdır.
Səid Əhmədli






























Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA